"Böyük sənətkarlar özündən aşağı müğənnilərdən pul dilənir".
AZXEBER.COM xəbər verir ki, bu sözləri opera ifaçısı Taleh Yəhyayev deyib.
"Tarixin bir günü" verilişində qonaq olan ifaçı bəzi sənətkarları hərəkətlərinə görə qınayıb:
"Böyük sənətkarlar efirlərdə cılız müğənnilərə "sənətkar" deyirlər. Çünki qarşılığını alırlar. Biri telefon verir, biri ad günü edir, biri cibinə pul qoyur. Baxırsan böyük sənətkardır amma gedir özündən qat-qat aşağı müğənnidən pul dilənir. Bu nə dərəcədə düzgündür?"
Aysel









































