Böyükağa Hacıyev İsraildən xal almağın sirrini açdı

İDMAN
16:30 06.09.2013
1204

"Neftçi" klubunun keçmiş baş məşqçisiBöyükağa Hacıyevazerisport.az saytına açıqlamasında millimizin dünya çempionatının seçmə mərhələsində İsraillə oyunu barədə fikirlərini bildirib. Təcrübəli mütəxəssis komandamızın qələbə şanslarının az olduğunu söyləyib:

“İsraillə oyunda qələbə qazanmaq çətindi. 3 xal qazanmaq şanslarımız azdı. Amma heç-heçə oynamaq olar. İsrail Portuqaliya və ya İspaniya deyil. Ona görə futbolçuları motivasiya edərək yaxşı oyun göstərmək mümkündü. 90 dəqiqə müdafiədə otursaq, məğlub olacayıq. Hücum futbolu oynamaq da böyük risk olar. Sadəcə, imkan düşəndə hücuma qoşularaq qol vurmaq lazımdı. Bu halda Azərbaycan səfərdən xalla qayıda bilər”.

OXŞAR XƏBƏRLƏR