Böyükağa Hacıyev: "Niyə də "Neftçi" Avroliqanın qrup mərhələsini fəth eləməsin?"
İDMAN
18:17 20.09.2012
1452
Bu gün “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsində ilk turunda “Partizan”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının Belqrada ezam olunmuş əməkdaşının məlumatına görə, mətbuat konfransında futbolçulardan millimizin də üzvü olan müdafiəçi Mahir Şükürovla braziliyalı yarımmüdafiəçi Flavinyo da iştirak edirdi. Bunlardan Mahirin rəhbərliyin qərarı ilə vitse-kapitan təyin olmağı haqda məlumat verildi. Mətbuat konfransında serbiyalı həmkarlarımızın sayının az olmağı diqqət çəkirdi. Hacıyev ilk olaraq matç haqda fikirlərini açıqlayıb.- Bildiyiniz kimi, “Neftçi” bu il Avroliqanın qrup mərhələsinə düşməklə, Azərbaycan futbol tarixində öz imzasını atdı. Əlbəttə, bu, futbolumuz üçün bir tarixdir. Ancaq buna baxmayaraq, gördüyümüz nəticələrlə kifayətlənmirik. Bugünkü arzularımız daha böyükdür. Niyə də “Neftçi” Avroliqanın qrup mərhələsini fəth eləməsin? Biz bura min kilometrlərlə yol gəlib, əl-qolumuzu uzadıb, uduzmağa gəlməmişik. Niyyətimiz böyükdür. Qoy ədalət zəfər çalsın, güclü olan qalib gəlsin.- “Partizan”ın baş məşqçisi komandamızı qrupun autsayderi sayıb. Serbiyalı azarkeşlər də mətbuat konfransına az gəlib. Bu, bizə yuxarıdan aşağı baxmağın göstəricisidir. Buna şərh verərdiniz...- Futbol səhvlər oyunudur. “Partizan” bu gün hesab edir ki, qrupda autsayder “Neftçi” olacaq. Ancaq hələ bu haqda danışmaq tezdir. “Partizan”ın nə komanda olduğunu yaxşı bilirik. Çünki matça qədər onun 5 oyununun diskini aldım və yaxşı təhlil eləmişəm. Bilirəm ki, İliç kimi orada təcrübəli futbolçu oynayır. Onu Türkiyədən tanıyırıq. Rəqibdə Tomiç kimi parlaq futbolçunun olduğunu, müdafiədə Volkov, İvanovun çıxış etdiyini, Saşa Markoviçin oynadığını bilirəm. Mən bu gün “Partizan”ı “Neftçi”dən yaxşı tanıyıram. Bir Azərbaycan məsəlini xatırladıram: arxı keçməmiş hop demə. Gənc həmkarıma bir məsləhət verirəm. Rəqibə hörmət etmək lazımdır. Yadınızdadırsa, APOEL-nin baş məşqçisi demişdi ki, “Neftçi” bizə sürpriz edə bilməyəcək. “Partizan”ın 1995-ci ildə Kuboklar Kubokunu qazandığını, indi maddi cəhətdən çətinliklərinin olduğunu bilirik.- Komandanızda zədəli futbolçunuz varmı?- Hazırda cəzalı Elvin Yunuszadə istisna olmaqla bütün futbolçular döyüşə hazırdır.- Şübhəsiz ki, dediyiniz sözlərin məsuliyyətini dərk eləyirsiniz. “Partizan”la oyunda yalnız qələbə üçün meydana çıxacaqsınız? Başqa nəticəni faciə kimi qəbul etməyəcəksiniz?- Belqradda Bakıda olduğumuz kimi rahat oturmuşuq. Mənim üçün evdə, yoxsa səfərdə oynamaq məfhumları yaddır. Bu gün fəxr edirəm ki, hər şeydən vacibi azərbaycanlıyam, “Neftçi” Avroliqanın qrup mərhələsindədir. Heç görmüsünüz ki, mənim komandam müdafiə futbolu oynasın? Mən həmişə rəqibə açıq futbol təklif etmişəm. “Neftçi”ni mən qəbul edəndən sonra necə görmüsünüzsə, elə də oyun görəcəksiniz. Hər şeydən öncə Serbiya azarkeşləri oyundan həzz alacaqlar. Çünki oyunumuzla Serbiya futbol həvəskarlarının yaddaşında uzun müddət iz buraxmaq istəyirik.- Cəzalı Elvini Tərlan Quliyev, yoxsa Saşa Yunioğlu ilə əvəzləyəcksiniz?