Böyükağa Hacıyev söz verdi: ''İnter'ə uduzmayacağıq'

İDMAN
11:10 25.09.2012
1682
"Neftçi" komandasının hər zaman iddialı açıqlamalarıyla gündəmdə qalmağı bacaran baş məşqçisi Böyükağa Hacıyev Avroliqanın qrup mərhələsi çərçivəsində keçiriləcək növbəti görüş ərəfəsində yenidən diqqət mərkəzinə düşüb. Ötən gün yerli telekanallardan birində qonaq olan mütəxəssis aparıcının "İnter"lə oyunda azarkeşlərə nə vəd verirsiniz" sualına gözlənilməz cavab verib:
"İnter"lə oyuna ciddi hazırlaşırıq. Bəlkə italyanların bəxti gətirə ki, heç-heçə edələr. "İnter"lə oyundan ən pis halda bir xalla ayrılacağıq".
Qeyd edək ki, bakılılar oktyabrın 4-də Bakıda İtaliyanın məşhur "İnter" klubuyla qarşılaşacaq. İlk turdan sonra "İnter" "Rubin"lə, "Neftçi" isə "Partizan"la heç-heçə edib.

OXŞAR XƏBƏRLƏR