Böyükçölün Zahid Xəlilov küçəsində gördükləri - KÖŞƏ

Böyükçölün Zahid Xəlilov küçəsində gördükləri - KÖŞƏ
KÖŞƏ
00:29 02.01.2012
2750

Kəramət Böyükçöl                        

Zahid Xəlilov küçəsi...

Mən əvvəllər elə bilirdim ki, həyasız və sırtıq küləklərinə, dingiş müğənlilərinə az-çox bələd olduğum Bakını heç vaxt sevə bilmərəm və heç təəsəvvürümə belə gəlməzdi ki, bir gün qədimliyinin arxasında gizlənən bu şəhərin tən ortasında - Zahid Xəlilov küçəsinin üzündəki o müqəddəs inam tam aydınlığı ilə mənə doğma ola bilər. Mən düz 4 il bu küçədə təhsil almışam, bu küçənin tələbəsi olmuşam və bu 4 ildə demək olar ki, hər gün bu küçədə özümlə qarşılaşıram, özümə salam verirəm və özümü bu küçədə çox yaxşı tanıyıram. Olub ki, arada daşı ayağıma ilişib, polisi qolumdan yapışıb, xazeykası evindən qovub, ancaq bir dəfə olsun bu küçənin üzünə qayıtmamışam, danışanda sözünü kəsməmişəm, bir dəfə də olsun yanından salamsız ötməmişəm, əlini havada qoymamışam. 

Mənim Zahid Xəlilov küçəsi ilə tanışlığım 2007-ci ildən başlayıb və bu tanışlıq o zaman baş verdi ki, o ili Bakı Dövlət Universitetinin tələbəsi oldum. Biz qrupda 30 tələbəydik və filologiya fakültəsi olduğumuzdan qızlar sayca üstünlük təşkil edirdi. Həmcins mübtədalı cümlələr kimi yan-yana düzülən qızların içində vergülə oxşayan tək-tük oğlanlar isə adətən hüquqa balı çatmayan kasıb balaları olurdu. Bakı Dövlət Universitetinin 1 saylı “korpus”unda - fililogiyadan üç mərtəbə yuxarıda “hüquq” fakültəsi yerləşirdi və bizdə qızlar çox olduğuna görə “hüquq” un oğlanları demək olar ki, hər dəfə yolunu bu tərəfdən salırdılar. Bir-iki dəfə bu barədə yüngülvari tədbir görsək də, nədənsə, xeyri olmadı. “Hüquqi” cəhətdən əsaslandırıldı ki, biz günahkarıq. Sonra da başımızı salıb aşağı öz işimizlə məşğul olduq. Mən onda hələ bığ yeri təzə-təzə tərləyən və ayrı-ayrı yerlərdən gələn uşaqların eyni ünvanda birləşməsini çox böyük maraqla qarşılayan yeniyetmə bir oğlandım. Hər şeyə şeir kimi baxırdım, elə bilirdim ki, bu dünyada hər nə vardırsa, hamısı mənim gözlərim boydadı. 

Mənimlə eyni küçədə bir qız da oxuyurdu. Balaca, kövrək bir qızıydı, adama elə gəlirdi ki, əl vursan o saat ağlayar - adına da “Sərçə” deyirdim. Təbiətin bu balaca balası qrupumuzun son beşiyidi, nə vaxt baxırdın uşaq kimi əlləriylə oynayırdı. Sərçənin qardaşı yoxuydu, əllərini özünə qardaş sayırdı. Onun tullana-tullana yeriməyi hələ də yadımdadı və xüsusən belə vaxtlarda Sərçə altından xətt çəkilmiş cümlə kimi heç vaxt mənim gözlərimdən yayınmazdı. Ancaq Sərçənin yerişi nə qədər şılqtaq olsa da, bu addımlar mənim gözümə həmişə kimsəsiz görünüb və elə təsəvvür eləmişəm ki, onun bu qorxaq ayaqları Zahid Xəlilov küçəsində kirayə yaşayır. 

Filologiya fakültəsində mühazirə dərsləri adətən birinci saatlara salınırdı. Gecələr gec yatıb səhərlər yuxudan tez durmaq və xüsusən soyuq qış aylarında dərsə vaxtında çatmaq çox çətin olurdu. Təəssüf ki, tələbələrin saçlarında bir ovuc qarla siyidə-siyidə otağa daxil olması belə müəllimlərin qayıb yazmaq hissinə mane ola bilmirdi. Günü bu gün də olduğu kimi yadımdadır: Ayağının altında qaldığımız günlərin birində Zahid Xəlilov küçəsinə şıdırğı bir yağış yağırdı, o günü bu küçədə elə bil heç kəs yaşamırdı, hər yan şaxtalı qış gecələrində olduğu kimi kimsəsiz idi. Mən heç vaxt belə tənhalıq görməmişdim: elə bil allah Zahid Xəlilov küçəsinin üzünə ölüm hökmü oxuyurdu. Həmin gün Sərçə dərsə gecikmişdi və bu zaman mən dərs jurnalını da qoltuğuma vurub (Sərçəyə qayıb düşməsin deyə) onun yolunun üstündə dayandım. Sumqayıtdan Zahid Xəlilov küçəsinə gələn ağ rəngli avtobusu son ana qədər gözlədim. Birdən yağışın arxasında Sərçənin narmanazik ağ əllərini gördüm və elə küçənin ortasındaca dəli bir həsrətlə onun boynunu qucaqladım, titrəyən əllərimlə saçlarını daradım, qayğılı gözlərinə doyunca baxdım. Dipçək gülünə oxşayırdı qucağımda Sərçə. İki-üç dəqiqə üz-üzə dayandıq. Sərçənin vulkan gözləri aşmış qayığa oxşayan qaşlarının altında par-par parıldayırdı və yağış onun kədərli gözlərinə dəyib sönürdü. Sərçə qollarımın arasına sığacaq qədər balacaydı, elə bil allah onu qucaq üçün yaratmışdı. Düzü, həmin an yağış da bizə xeyli aradüzəldənlik elədi və beləliklə, aramıza çökən dərin bir səssizlik ilk dəfə idi ki, yağış sinfoniyasının sədaları altında hisslərimizi bu qədər aydın ifadə edə bilirdi. Aylar biri-birinin dabanını basa-basa ötüşür, günlər üstümüzdən toz kimi çırpılırdı. Oxuduğum bütün kitabların içindən Sərçə çıxırdı. Evimizdə palazımızın altında saxlayırdım şəkillərini. Hər gecə şəkillərinə yalvarırdım. Dərslərdə də yanaşı otururduq. Elə bil qol saatım idi Sərçə. Həmişə yanımda olurdu. Bir dəfə professor mənim ağ kəpənəyimə dünya ədəbiyyatından 3 yazdı. Sərçənin kədərli gözlərinə baxanda o qədər darıxdım ki, barmaqlarımı cilovlaya bilməyib onun “3” nü jurnalda 9 elədim. Bilə-bilə ki, buna görə məni universitetdən qova bilərlər. Maraqlı anlar idi, çox maraqlı... daha bir də yaşya bilməyəcəm o günləri... belə uşaq kimi sevməyim getdi işinə daha: Öldü gözlərimdə bir dəvə kimi, Getdi qollarımdan küçə davası. Bahar ağaclardan çəkilən kimi, Çəkildi başımdan gənclik havası. Bir də bir kimsəni sevməyəcəm, Bir də sevda nədi bilməyəcəm. Dördüncu kursun mayı idi. Biz tələbələr bəzənib-düzənib, geyinib-kecinib ayrılıq gününə hazırlaşırdıq. Sərçənin üzündə isə tamam ayrı bir ifadə vardı, fikirləri də saçları kimi dolaşıq və qarmaqarışıq idi. Mən ona yaxınlaşdım. O isə elə bircə kəlmə “olmaz” dedi. Mən hər şeyi aydınca, ürək ağrısıyla dərk elədim və “axır ki, həyat mənim də üzümə güldü, ancaq ironiya ilə!” - deyə düşündüm. Təngnəfəs oldum və heç bir söz demədim. Əslində, bu novellavari bir sonluq da deyildi. Mən lap əvvəldən, elə ilk gördüyüm gündən əmindim ki, Sərçə mənim bu üstü-başı nimdaş, köynəyi ütüsüz sevgimə layiq deyil, ikincisi, onu da deyim ki, adına Sərçə dediyim həmin o qızın bir gün qollarına quş lələyi taxıb elə bu küçədəncə nazik dişli darağa oxşayan əllərini saat əqrəbləri kimi üzümə yelləyib uçub gedəcəyini də bilirdim. Sərçə mənim gözümdə Zahid Xəlilov küçəsinin ilk şəkli idi, neyləyim ki, o da qollarına quş lələyi taxıb uçub getdi buralardan və orasını da necə deməyim ki, ondan sonra mənim gözüm bu küçədə daha özgə bir qanadlı görmədi.

Bütün bunlar demək olar ki, 4 il ərzində baş verdi. İndi isə mən Zahid Xəlilov küçəsində - Bakı Dövlət Universitetinin həyətində oturmuşam. Qəribə də olsa, mənə elə gəlir ki, ömrü boyu bu küçədə yaşamışam, hərdən də elə olub ki, bu küçəni öz evim hesab eləmişəm və yalnız elə indi, bu yazını yaza-yaza fikirləşirəm ki, daha mən dostu düşmən, düşməni düşmən, iqtidarı iqtidar, müxalifəti iqtidar olan bu küçənin nə ikili-üçlü, saçları pırtdaşıq tələbəsi, nə də kasıb, tör-töküntülü saikiniyəm. Elə bil ömrümü başa vurmuşam və mənə elə gəlir ki, daha bu dünya qurtarıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
10:03 02.07.2025
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR