Üç ayda yol qəzasında ölənlərin sayı - ŞOK RƏQƏMLƏR

Üç ayda yol qəzasında ölənlərin sayı - ŞOK RƏQƏMLƏR
SOSİAL
13:24 18.04.2017
790
Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb.
 
Respublikada qeydə alınan qəzalardan 140-ı Bakı şəhərində baş verib. Bunların nəticəsində 44 nəfər ölüb, 134 nəfər xəsarət alıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və xəsarət qalanların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, ölənlərin sayı 13 nəfər (41,9 %) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
 
Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil edib ki, nəticədə 66 piyada həlak olub, 145-i xəsarət alıb.
 
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə ölüb, 46 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2 nəfər azalıb, xəsarət alanların sayı isə 11 nəfər artıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər