Xərçənglə mübarizə aparan məşhur aktyor Özkan Uğurun reanimasiya şöbəsində müalicəsinin davam etdiyi açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat verib.
Instagram hesabından açıqlama verən ailə müalicələrin yan təsirlərindən yaranan problemlərin tezliklə həll olunacağına inandıqlarını və reanimasiyadan çıxacaqlarını bildirib.
Qeyd edək ki, 2013-cü ildə lenfomaya tutulan Özkan Uğur müalicələr nəticəsində 3 dəfə xərçəngə qalib gəlib. Onun bir müddət əvvəl reanimasiya şöbəsində olduğu və intubasiya edildiyi öyrənilib.
Mikayıl