Üç gün əvvəl Gəncədə mənzildə baş verən partlayışda xəsarət alan usta xəstəxanada ölüb

Üç gün əvvəl Gəncədə mənzildə baş verən partlayışda xəsarət alan usta xəstəxanada ölüb
HADİSƏ
10:01 12.10.2025
155
Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən bir xəstəxanada ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan usta, 1989-cu il təvəllüdlü Elnur Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə daha bir nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 
\Report
OXŞAR XƏBƏRLƏR