Üç gün liftdə qalan qadın vəfat etdi - FOTO

Üç gün liftdə qalan qadın vəfat etdi - FOTO
DÜNYA
13:59 01.08.2023
490
Özbəkistanda 3 gün liftdə qalan qadın dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə mənzilə daxil olan poçtalyon Olqa Leontyeva elektrik enerjisinin kəsilməsi səbəbindən liftdə qalıb. 

Elektrik enerjisi kəsildiyi üçün Leontyevanın kömək çağırışlarını heç kim eşitməyib. Nəticədə üç gün liftdə xilas olunmağı gözləyən qadın dünyasını dəyişib.

Məlum olub ki, liftə texniki qulluq mütəmadi aparılmayıb və daim nasazlıq yaranıb. 
 
Onun son görüntülərini təqdim edirik:

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR