"Son üç ildə danışıq qabiliyyətini itirmişdi, danışa bilmirdi"
Bu sözləri AZXEBER.COM-a açıqlamasında meyxanaçı Ağakərimin oğlu Kamil Kərimoğlu deyib.
Atasının səhhətindən danışan Kamil həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas edə bilmədiklərini bildirib:"Hər zaman təziqi, şəkəri düşəndə həkim müdaxiləsi ilə nəsə etmək olurdu. Bu dəfə olmadı. Həkimlər atamı xilas edə bilmədi".









































