ABŞ, Böyük Britaniya və Avstraliya bu gün Rusiyada yerləşən "Zservers” şirkətinə kiberhücumlara dəstək verdiyinə görə sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirliyin məlumatına əsasən, bu şirkət "LockBit” xaker qrupuna pul qoparmaq məqsədilə kiberhücumlar həyata keçirməkdə dəstək göstərib.