Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən "Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsinin icrasına başlanılıb.
Layihə rəhbəri Fərhad Abdulov AZXEBER.COM-a bildirib ki, məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ etməkdir.
Tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbirin Şuşaya səfəri təşkil olunacaq. Gənc fotomüxbirlər tərəfindən Şuşa şəhərində çəkilmiş fotolar hər 3 ölkənin sosial şəbəkə platformalarında geniş şəkildə paylaşılacaq. Bundan əlavə layihə çərçivəsində Şuşanın mədəni irsini əks etdirən fotoların yerləşdirildiyi açıqcalar çap olunacaq. Növbəti mərhələdə Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Əskişəhir və Antalyada fotosərgilər təşkil olunacaq.