Üç polis əməkdaşı qətlə yetirildi

DÜNYA
00:22 22.07.2013
1303

Hadisə Misirin Əl-Ariş şəhərində baş verib

Misirdə 2011-ci ildə ölkədə hakimiyyət dəyişdikdən sonra müxtəlif ekstremist qruplar Misirin Sina yarımadasında fəaliyyətlərini artırıblar. ANS PRESS "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün yarımadanın şimalındakı Əl-Ariş şəhərində üç polis əməkdaşı snayperin açdığı atəş nəticəsində qətlə yetirilib. Məlumata görə, polislərə yerli televiziyanın inzibati binasının və yerli polis məntəqəsinin yaxınlığında atəş açılıb.

OXŞAR XƏBƏRLƏR