xari

Üç qazimizin əməliyyat xərcləri qarşılanıb - FOTO

SOSİAL
19:27 23.04.2021
151
"YAŞAT” Fondu Vətən müharibəsində ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən xəbərə görə, "YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılov, İsmayıl Süleymanov və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı Mərkəzi” fəaliyyət göstərir.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR