Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.
Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.
Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.