Türkiyənin 3 nəhəng klubu onu transfer etmək istəyir

İDMAN
14:18 15.07.2024
187
"Trabzonspor”un 17 milyon avroya Fransanın "Lill” klubuna satdığı Yusuf Yazıçı bir çox klubun hədəfindədir.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçunu İtaliya, İngiltərə həmçinin Türkiyənin "Beşiktaş", "Qalatasaray" və "Fənərbaxça" klubları heyətinə qatmaq istəyir.

Xatırladaq ki, Yazıçı "Lill"də 42 matçda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Türk futbolçunun hazırkı bazar dəyəri 10 milyon avrodur.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR