Cahangir Hacıyev yəhudilərin də 13 milyon dollarını “yeyib” - ŞOK FAKTLAR

Cahangir Hacıyev yəhudilərin də 13 milyon dollarını “yeyib” - ŞOK FAKTLAR
SOSİAL
11:11 27.07.2016
1784

İsrailin BSD Crown şirkəti Beynəlxalq Banka depozit kimi yerləşdirdiyi 13.6 milyon dolların cəmi 250 minini geri ala bilib; sabiq bankırin məhkəməsi ərəfəsi yeni qalmaqal üzə çıxdı

İsrailin "BSD Crown" şirkəti Azərbaycan Beynəlxalq Bankına Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolları geri ala bilmədiyini bəyan edib.

Virtualaz.org xəbər verir ki, bu haqda şirkətin Londondan yaydığı press-relizdə bildirir. Şirkətin səhmləri London birjasında alınıb-satıldığına görə «BSD Crown» Azərbaycan bankında yerləşdirdiyi depozitin aqibəti ilə bağlı səhmdarlara məlumat verməyə borcludur.

Şirkətin baş icraçı direktoru Yossi Schneorson bildirir ki, 2015-ci il dekabrın 15-də Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depozitin geri alınması üçün müraciət edilib. Azərbaycan Beynəlxalq Bankı təsdiq edib ki, şirkətin 13.6 milyon dollarlıq depozitini saxlayır. Lakin həmin pulların qaytarılmasına dair şirkətin müraciətinə cavab olaraq Beynəlxalq Bank bir qədər vaxt istəyib. Daha sonra Beynəlxalq Bank pulların 2017-ci ilin mayına qədər 12 aylıq müddət ərzində faizləri ilə birlikdə geri qaytarılmasını təklif edib. Razılaşmaya əsasən birinci ödəniş 500 min dollar olmalı idi.

“Beynəlxalq Bankın əsasən dövlət bankı olduğunu, Azərbaycanda ümumən likvidlik və valyuta məsələlərini nəzərə alaraq şirkət təklifi qəbul etməyə razılıq verib. Bununla belə, 2016-cı il iyulun 20-nə qədər Azərbaycan Beynəlxalq Bankı şirkətə cəmi 250 min dollar qaytarıb. Nəticədə şirkət əlavə olaraq bütün mümkün yollardan istifadə etməyi nəzərdən keçirir və Azərbaycan Beynəlxalq Bankının depoziti mümkün qədər tez geri qaytaracağını gözləyir”-baş icraçı direktor bildirir.

«BSD Crown» yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən «Willi Food» şirkətinin səhmlərinin mülkiyyətçisidir.

«BSD Crown» Ltd özü İsrailin «BGİ investisiya» şirkətinin törəmə şirkətidir. Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur.Qeyd edək ki, avqustun 15-də Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha bir neçə şəxsin məhkəməsi başlayacaq. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacağı gözlənilir.

Cahangir Hacıyevdən başqa, Beynəlxalq Bankda müxtəlif vəzifələr tutmuş İlqar Abdullayev, Yusif Ələkbərov və bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru İbrahim Hüseynovun də mühakimə olunacağı bildirilir.

Onlar Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və başqa ağır maddələri ilə ittiham edilirlər. Onlar ötən il həbs ediliblər.

Vəkillərdən Əfqan Məmmədov bir müddət öncə C. Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitin əvəzində bankdakı 80 milyon manat məbləğində səhmlərindən imtina edib.

Üstəlik, C.Hacıyevin həyat yoldaşı haqqında da mənimsəmə iddiası ilə bağlı cinayət işi qaldırıldığı bildirilir. Ancaq Zamirə Hacıyevanın hazırda xaricdə olduğu deyilir.

Görünür, İsrailin «BSD Crown» şirkətinin Cahangir Hacıyevin dövründə depozit kimi yerləşdirdiyi 13.6 milyon dolların da hara xərclənməsi barədə sabiq banker məhkəmədə aydınlıq gətirə bilər. Mümkündür ki, bu mənimsəmə də C.Hacıyevin “ayağına yazılsın”. (“Yeni Müsavat”)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
14:48 12.09.2025
"Hamilə ola-ola məni boşadı" - Əməkdar artist
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir