Cahangir Hacıyevin süpürgəçisinin 12,5 milyon dollar sərvəti varmış - Talançılıqla bağlı daha bir dəhşətli fakt

Cahangir Hacıyevin süpürgəçisinin 12,5 milyon dollar sərvəti varmış -  Talançılıqla bağlı daha bir dəhşətli fakt
SOSİAL
11:00 31.08.2016
7569
Artıq il yarımdır ki, ölkə mətbuatı bir vaxtlar xüsusi xidmət orqanlarının qanadları altında sığınacaq tapmış bankirin-Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin dəhşətli maliyyə fırıldaqları haqda yazır. Hazırda məhkəməsi gedən C.Hacıyevin nəzarət səhm paketi dövlətə məxsus olan bankın on milyonlarla manat vəsaitini xaricdəki şübhəli layihələrə ötürmək üçün sürücüsünün, qəpik-quruş maaş alan tələbə yoldaşının, bağbanın və digərlərinin adına necə rəsmiləşdirdiyi artıq məlumdur. Lakin belə görünür ki, C.Hacıyevin əməlləri barədə sensasiyalar hələ də tükənməyib.Məlumdur ki, C.Hacıyev və ailəsi Beynəlxalq Bankın özəl səhmdarları arasında yer alıb. İşdən çıxarılandan sonra bu səhm paketini bankın borclarının əvəzində onun əlindən alıblar. Lakin kimin ağlına gələ bilərdi ki, ölkənin ən iri bankının sahiblərindən biri də adi süpürgəçiymiş!AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından virtualaz.org-a daxil olan mötəbər məlumata əsasən məhz belədir. Süpürgəçi, adi ev qulluqçusu Əmiraslanovna Vera Sergeyevna Azərbaycan Beynəlxalq Bankının 10 milyon 33 min manatlıq səhm paketinin mülkiyyətçisidir. Bu, manatın dəyərdən düşməsinə qədər olan məbləğdir və o vaxtkı məzənnə ilə 12.5 milyon dollar edir. Başqa sözlə, süpürgəçi Vera Sergeyvna əslində milyonerdir.Oxucularda dərhal sual yarana bilər-axı necə olur ki, 12.5 milyonu olan Vera Sergeyevna süpürgəçi, ev qulluqçusu işləyir? Məsələn, Havay adalarında istirahət etmir və ya gününü yaxta gəzintisində keçirmir?Lakin Vera Sergeyevna hind kinolarındakı kimi zəngin babasının ona miras qoyduğu milyonlardan xəbərsiz, kasıb yaşayan adi süpürgəçi deyil-cənab Hacıyevin evinin qulluqçusudur və bu detal milyonçu qadının necə süpürgəçi işləyə biləcəyinə dair oxucularda yaranan haqlı heyrətə son qoyur. Yəni söhbət C.Hacıyevin daha bir maliyyə maxinasiyasından-bankın əhəmiyyətli həcmdə səhm paketini nəyə görəsə öz ev qulluqçusunun adına rəsmiləşdirməsindən gedir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi