“Cahangir Hacıyevlə “Bakı gecələri”ndə tanış oldum”

“Cahangir Hacıyevlə “Bakı gecələri”ndə tanış oldum”
SOSİAL
14:51 14.05.2019
2453
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyevin vəkilləri vəsatət verərək Maliyyə naziri Samir Şərifovun, onun müavini Azər Bayramovun, Mərkəzi Bankın sədri Elman Rüstəmov və V.Hacıyevin yaxın adamı, bir çox yüz milyonluq layihələrin rəhbəri olan Xəqani Bəşirovun məhkəmədə dindirilməsini istəyiblər. C.Hacıyev də çıxış edərək bu şəxslərin məhkəmədə ifadə verməsinin zəruri olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Qazaxıstanda neft yatağına sahib olan Emin Sadiq məhkəmədə şahid kimi ifadə verib və C.Hacıyevlə necə tanış olduqlarını danışıb: "Londonda "Bakı gecələri" yığıncağında bizi Fuad Abdullayev tanış etdi. Sonra Moskvadakı filialın ildönümü ilə bağlı keçirilən tədbirdə görüşdük. İşbirliyimiz olandan sonra Bakıda da layihəmizlə bağlı görüşlərimiz olurdu.

Qazaxıstanda neft ixracı ilə məşğul olurdum, tanışım Fuad Abdullayev vasitəsilə Beynəlxalq Bank bizə kredit ayırmışdı. 2011-ci ildə bu işlə bağlı yaxşı bir iş təklifi aldıq, bununla bağlı Beynəlxalq Bankla danışıqlara başladıq. Neft ixracı ilə bağlı şirkət yaratdıq, səhmlərin 60 faizi bankın oldu, amma bankın rəhbərliyinə yaxın şəxs olan Həsən Hətəmovun adına rəsmiləşdi. Bank bu layihə üçün 62 milyon dollar pul ayırdı. Neft yataqları olan əraziləri alıb quyular qazmağa başladıq. 2014-cü ildə bankda maliyyə problemləri yarandığı üçün bizə kömək edə bilmədilər. Xəzər dənizinin dalğaları da quyularımızı yudu. Biz də dünya bazarında maliyyə üçün tərəfdaşlar axtarmağa başladıq. 2017-ci ilin fevralında Beynəlxalq Banka olan kreditlərin qaytarılmasına görə həbs edildim, 1 il sonra azadlığa çıxdım".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu