Cahangir Məmmədli: «Mən ilk növbədə azərbaycanlıyam, sonra jurnalist»

MARAQLI
09:28 03.07.2011
1787

 

 Bu, çox gözəl təşəbbüsdür. Ola bilsin ki bu fond yaxşı işləyir. Amma, bu, məsələnin həlli deyil. Məsələnin həlli reklam bazarının böyüməsindədir. Mən istəyərdim ki, hansısa qəzet heç bir dövlət yardımından asılı olmasın. Necə ki, dünyanın inkişaf etmiş ölkələrində bütün qəzetlər yalnız reklam bazarına söykəndiyi kimi, bizim də mətbuat bu sahəyə söykənsin. Arxayınam ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf tempi davam eləsə, yəqin ki, 2020-ci ilə qədər bizdə də elə bir reklam bazarı olacaq. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, «mən əvvəl azərbaycanlıyam, sonra jurnalist». Yəni, bəzi qəzet və saytlar əllərinə keçən nə informasiya olsa onu yayırlar, bu dövlət əleyhinə olsa belə. Mən onun tərəfdarı deyiləm”. Bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında Azərbaycan mətbuatının bugünki durumuna münasibət bildirərkən İTV Yayım Şurasının sədri, professor Cahangir Məmmədli deyib.

Elgün MƏNSİMOV

 

OXŞAR XƏBƏRLƏR