"Cahil valideynlərin cəzasını övladlar çəkir" - Nazilə

"Cahil valideynlərin cəzasını övladlar çəkir" - Nazilə
MAQAZİN
09:54 27.07.2025
125
"Heyif cavanlardan. Cahil valideynlərin cəzasını övladlar çəkir. Gənclərin yuvasına hərə bir barmaq uzadır. Əl çəkin cavanlardan!!!".
 
AZXEBER.COM xəbər verir ki, bunu şairə Nazilə Səfərli sosial media hesabında yazıb.
 
O, övladlarının ailə məsələlərinə müdaxilə edən valideynləri qınayıb: 
 
"Mən oğulumu evləndirəndə özüm qız atasına zəng etdim. Dedim: Əziz quda,oğuluma verdiyim evdə hər şey var. Siz də təbii olaraq qızınıza cehiz
alırsınız. Almazdan öncə buyurub gəlin qizınızın gələcək evinə. Gəlin evə baxın,görün nə əksiyi varsa onu alın. Sizə əlavə xərc olmasın. Onlar da gəldilər. indiki kimi yadındadı. Qudam zalın qapısında əlini belinə qoyub dedi:- hər seyi çıxarın. Mən qizıma lazım olan hər şeyi özüm alıram. 
 
Dedim bir həftə vaxt
verin. Hərçənd ki,mənim ev döşəmək zövqüm pis deyil. Çilçırağa kimi sökdürdü və yenidən qurdu. Mənə də xoşbəxtlik diləmək qaldı. Indi görürəm Ağdaş-
Ləkidə cehizdəki lüstr üstə bir gəncin çırağı söndü. Heyif cavanlardan. Cahil valideynlərin cəzasını övladlar çəkir. Gənclərin yuvasına hərə bir barmaq uzadır. Əl çəkin cavanlardan!!!"
 
Aysel

 


 


OXŞAR XƏBƏRLƏR