Nəğməkar şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.
AZXEBER.COM xəbər verir ki, hazırda xəstəxanada olan C.Qurbanov hadisə ilə bağlı axşam.az-a açıqlama verib. Ötən gün reanimasiyaya yerləşdirilən şair bildirib ki, hazırda palataya köçürülüb:
"Deyirlər, məni it dişləyib. İtlər mənə yox, ata hücum etdi. Səhər saat 6-da övladlarımla at çapmağa çıxmışdım. Dəniz kənarında olan itlər ata hücum etdi, atdan yıxıldım. Ondan sonrasını xatırlamıram. Məni necə xəstəxanaya gətiriblər, reanimasiyaya yerləşdiriblər bilməmişəm. İndi özümə gəlmişəm, yaxşıyam. Palataya köçürülmüşəm".