“Camaat ağac altında qalanlara kömək etməkdənsə, telefona çəkirdilər” - Direktor

“Camaat ağac altında qalanlara kömək etməkdənsə, telefona çəkirdilər” - Direktor
SOSİAL
12:33 15.07.2019
2840
Ötən gün Şəki Xan sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsindən sonra sosial şəbəkələrdə belə halların əvvəllər də baş verməsi ilə  bağlı məlumatlar paylaşılıb. Elə son olaraq bu il may ayında çinar ağacının budağının qırılıb düşməsi yayılan görüntülərdə əks olunub. İstifadəçilər ağaca necə qulluq edilməsi ətrafında müxtəlif müzakirələr açıblar.  

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo” yaranan bütün suallara aydınlıq gətirmək məqsədilə Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ilə əlaqə saxlayıb.

O, sosial şəbəkələrdə yazılanlardan xəbərdar olduğunu bildirib və dediklərinin ictimaiyyətə olduğu kimi çatdırılmasını xahiş edib. T. Abdullayeva camaatı şoka salmamağı tövsiyə edib: "500 yaşı olan ağacın qurumuş və yaş budaqları da olur. Çünki ağac kövrək ağacdır. Yağış yağan kimi onun budaqları suyu çəkir. Ucları ağırdır deyə, quruyub düşür.  

"Xan çinarı” "Qırmızı Kitab”a düşmüş ağacdır. Qeyri-qanuni biz ona əl vura, bir dənə yarpağına da dəyə bilmərik.  2012, 2014, 2016- ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  ağacda budama işləri aparılıb.  İnkişafda olan ağacdır. İki gün Şəkiyə yağan yağış  həmin budağın ağırlaşmasına səbəb olub və küləyin olması nəticəsində  belə hadisə baş verib.
Burada qeyri-adi heç nə yoxdur. Problem axtarmaq lazım deyil. Bununla bağlı məktublarımız,  aktlarımız var. Ağac vaxtaşırı budanıb. Bu günlərdə yenidən budanmalı idi. İnsanlar çox gəlirdi deyə, edə bilmirdilər. İndi edəcəklər.  

Panika yaradıblar ki, budaq mayda da aşıb. Hamısı yalan söhbətlərdir.  20-30 santimetrlik quru budaqlar külək nəticəsində qırılıb düşüb. Nə gəldi, yazırlar, dünyaya car çəkirlər. Yalandan yazırlar ki, guya, 4 nəfər ölüb. Allah eləməsin. Yalnız bir nəfərin vəziyyəti ayağına görə ağırdır. Sağ olsun dövlətimiz helikopter göndərdi, Bakıdan həkimlər briqadası gəldi. İş dövlət başçısının nəzarətindədir. İndi dövlət başçısının tapşırığı ilə ağac qanunauyğun şəkildə budanasıdır. 

Bilirsiniz, budamağa da qorxurlar. Çünki çox budama işi aparılsa, ağac quruyacaq.  Bundan da ehtiyat edirlər. Axı camaat Xan Sarayı ilə yanaşı, həmin ağaclara da baxmağa gəlir.  Mütəxəssislər, ekspertlər vaxtaşırı gəlib ağaca baxırlar”.

Qoruq direktoru dünən  baş  verən hadisədə insanların olaya laqeyd yanaşmasından təəssüfləndiyini də qeyd edib:

"Dünən digər ziyarətçilərə məəttəl qaldım. Öz məhəlləmizin uşaqları olmasaydı, bir adam bir adama kömək etmirdi. Turistlərin hamısı dayanıb hadisəni telefona çəkirdilər. Camaat ağac altında qalıb, onlara kömək etməkdənsə, durub telefona çəkirlər. Baxıram feysbuka, instaqrama nələr yazırlar. Şəki Xan Sarayı UNESKO-ya düşdüyü bir vaxtda belə hadisə baş verdi.  Vallah göz dəydi, bu işlərin hamısına. Özü də qırılıb düşən sağlam budaq idi. Budaqları sizə göndərsəm, məəttəl qalarsız ki bu niyə ortadan qopub düşüb.  Çətin problem də ona görə olub ki, üstdəki ağac altdakı qalın budağın üstünə düşüb. Ona  görə belə ziyan olub. Üstdəki budaq çox da iri olmayıb. O tək qırılıb düşsəydi , ziyanlıq da olmazdı. Sürətlə biri o birinin üstünə düşüb deyə, belə  hadisə baş verib.

Fransada Luvr muzeyi  yanıb. Təbii hadisədir. Ağacdır da budağı qopub düşüb  yenə yerinə gələcək, turistlər də sağalacaq. Ona görə də sosial şəbəkədə yazanlar bir az diqqətli  olmalıdırlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib