Milli Məclisdə çıxışına görə tənqid olunan deputat danışdı: “Hamı özünə gün ağlamalıdır”

Milli Məclisdə çıxışına görə tənqid olunan deputat danışdı: “Hamı özünə gün ağlamalıdır”
SOSİAL
13:49 28.11.2024
564

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin keçirilən plenar iclasında deputat Səyyad Salahlının çıxışı geniş müzakirələr və təndiqlərə səbəb olub.

Deputat insanların vəziyyətinin yaxşı olduğunu, hər kəsin normal yaşadığını iddia edib: "Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul töksün, traktor versin . Gedin 10 nəfər yığışıb traktor alın. Heç kimə də minnət etməyin”.

Bu fikirlər isə, cəmiyyətdə birmənalı qarşılanmayıb.

AZXEBER.COM mövzu ilə bağlı Səyyad Salahlı ilə əlaqə saxlayıb. Deputat fikrinin üstündə qaldığını, insanların keçmiş yaşayış qaydalarını unuda bilmədiyini, bazar iqtisadiyyatı dövründə yaşadığımız üçün hər kəsin özünə gün ağlamalı olduğunu bildirib:

"Düşünürəm ki, bu barədə artıq nəsə deməyə ehtiyac yoxdur. Konkret olaraq yanlış anlamaq insanların öz işidir. Bazar iqtisadiyyatı dövründə yaşayırıq. Hamı özünə gün ağlamalıdır. Hərə bir işin qulpundan yapışmalıdır. İnsanlar gözləməməlidirlər ki, dövlət onlara nəsə verəcək. Dövlət artıq insanlara torpağı paylayıb. Onun hansı aspektdə becərilməsi insanların özlərinə qalıb. Nəsə çatmırsa, insanlar bunu özləri əldə edib, özlərinə gün ağlamalıdırlar. Özlərinə rəhbər seçməli və o rəhbərin başçılığı ilə təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmalıdırlar.

Gözləməli deyillər ki, hardansa onlara pul gələcək. İnsanlar hələ də keçmiş adət-ənənələri, yaşayış qaydalarını unuda bilmirlər. Düşünürlər ki, kimsə onlara gətirib pul verəcək, yardım göstərəcək. Bu isə ümumiyyətlə belə olmalı deyil”.

Oksana Orucova


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"