"Camex"dən fırıdaq: Müştərinin televizorunu qırıb 400 manat aldı - ARAŞDIRMA

"Camex"dən fırıdaq: Müştərinin televizorunu qırıb 400 manat aldı - ARAŞDIRMA
SOSİAL
18:27 14.01.2017
948
Dünyada onlayn alış-veriş sistemindən istifadə edilməsi  və internet üzərindən məhsulların sifarişi son dövrlərdə daha geniş yayılıb. Əsasən asanlıq və rahatlıq kimi xarakterizə edilən bu sistemə Azərbaycanda da baş vuranların sayı kifayət qədərdir. Bəzən insanlar vaxtına qənaət edib hər hansı məhsulu almaq üçün mağazaları dolaşmaqdansa, evdə internet vasitəsilə sifarişə daha çox önəm verirlər. 

Lakin bu sistemdən istifadənin müştərilər üçün asan olduğu kimi, bəzi çətinlik və problemləri də ortaya çıxır. Problemlər isə daha çox keyfiyyətli və ya istənilən tələbə uyğun məhsulların istehlakçıya çatdırılmaması ilə bağlıdır. Bəzən müştərilərin aldıqları məhsulları hər hansı səbəbdən geri qaytarmaq istəyi daşıyıcı şirkət tərəfindən qəbul edilmədikdə isə müştərilərin narazılıqlarına səbəb olur. Şirkət rəsmiləri məhsulu geri götürməmək üçün müxtəlif arqumentlərdən istafadə etməklə məhsulun keyfiyyətsiz və ya istifadəyə yarasız olmasının günahını müştərilərdə axtarmağa çalışırlar. Hər halda internet ticarətinin qurbanı olmamaq üçün alınan məhsul mütləq şəkildə yerindəcə yoxlanılmalıdır.

"Report”un redaksiyasına ünvanlanan vətəndaş şikayətində də analoji məsələ öz əksini tapıb. Belə ki, Eyyub Bağırlı adlı şəxs camex.az daşıyıcı şirkət vasitəsilə xarici ölkələrdən birindən televizor sifariş verib. Həmin məhsulu təhvil alanda isə adıçəkilən daşıyıcı şirkətin əməkdaşları təhvil-təslim prosesində vətəndaşın onu açıb baxmasına təşəbbüs göstərməyiblər. Şikayətçi qeyd edib ki, sırf daşıma xidməti üçün 420 manat pul ödəyib. O, həmçinin vurğulayıb ki, həmin şirkətin əməkdaşları müştəriyə laqeyd yanaşdıqlarından məhsulu götürən zaman ona malı açmaqla bağlı hansısa təşəbbüsdən çıxış etməyiblər: "Məhsul çox iri olduğundan orada aça bilmədik. Evə gəlib açanda isə televizorun kənarlarının qırıq olduğunu və ekran zədələnib. Yəni, televiziya artıq istifadəyə tamamilə yararsızdır. Şirkətə məhsulu geri aparanda heç bir şey edə bilməyəciyini dedilər”


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov"Report”a açıqlamasında bildirib ki, il ərzində birliyə buna oxşar bir neçə şikayət daxil olub: "Bir neçə şikayət hüquqi həllini taparaq məhkəmə yolu ilə vətəndaşın iddiasını təmin etdik. Belə hallar olur. Vətəndaşın internet vasitəsilə aldığı məhsulun harada necə zədələndiyi barədə sübutu varsa, məhkəməyə müraciət edə bilər. Çünki bu, istehlakçı hüquqlarının pozulmasıdır. Ona görə də məhkəmədə sübutlara baxılmalı və şahidlər dindirilməlidir”.

"Gərək həmin məhsul təhvil-təslim prosesində mütləq açılıb baxılsın. Təbii ki, proses aktlaşdırılmış formadadırsa və bu, yerinə yetirilməyibsə, deməli, istehlakçı haqlı olaraq məhkəməyə müraciət edə bilər. İstehlakçıların diqqətinə çatdırırıq ki, internet üzərindən xaricdən gətirilən məhsul mütləq şəkildə yerində açılmalıdır. Həmin məhsulun işləyib-işləməməsi, hər hansı hissəsində qırıq və ya çatın olması yerindəcə bilinməlidir. Həmin məhsulu satan şəxs də satdığı məhsulu nümayiş etdirməyə borcludur. Bunu istehlakçı da tələb etməlidir", - o əlavə edib.

Şirkətdən "Report"a verilən açıqlama da isə vurğulanıb ki, qurum heç bir internet mağaza ilə əməkdaşlıq etmir: "Bağlama anbar əməkdaşları tərəfindən qəbul edildiyi andan müştəriyə təhvil verilənə kimi bütün öhdəlik bizim üzərimizdədir. Lakin texniki cəhətdən heç bir öhdəliyimiz yoxdur.

 
Fiziki cəhətdən hansısa zədələnmə olanda yoxlama aparılır. Bununla bağlı da saytımızda və şirkətin ofisində divarda asılan tabloda bütün şərtlər qeyd olunub. Yəni müştəri ofisi tərk etmədən və ödəniş etməzdən əvvəl bağlamanı açıb yoxlamalıdır. Təbii ki, bu müştərinin hüququdur. Müştəri saytdan qeydiyyatdan keçəndə bu şərtlərə razılıq vermədən qeydiyyat keçə bilməz. Müştəri yükü şirkətdə deyil, aparıb evində yoxlayırsa və hansısa zədələnmə aşkar edirsə, buna biz cacabdehlik daşımırıq. Şirkətin əməkdaşının müştəriyə bu şərtləri xatırlatmağa ehtiyac yoxdur. Çünki bu, onun öhdəliyi deyil. Bunu müştəri tələb etməlidir”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO
17:53 11.03.2025
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO