"Can" ərəbistan mediasında - VİDEO

"Can" ərəbistan mediasında - VİDEO
MAQAZİN
09:05 30.12.2025
150
Xalq artisti Röya Ayxan və müğənni Elçin Cəfərovun birgə layihəsi olan "CAN” yayımlandığı andan etibarən sosial şəbəkələrdə və musiqi platformalarında böyük maraqla qarşılanıb.

AZXEBER.COM xəbər verir ki, qısa müddətdə populyarlıq qazanan duet artıq yalnız yerli deyil, beynəlxalq diqqəti də cəlb edib. 

Belə ki, "CAN” məşhur "HP Magazine” jurnalının Ərəbistan versiyasının rəsmi "Instagram” səhifəsində paylaşılıb. 

Bu paylaşım layihənin regiondan kənarda da maraq doğurduğunu bir daha sübut edir.

 Xatırladaq ki, mahnının musiqisi və sözləri Rafael Şabanova, aranjemanı isə Elvin İmanova məxsusdur.
 
Aysel


OXŞAR XƏBƏRLƏR