Selfi çəkdirmək və sonra da həmin fotonu sosial şəbəkələrdə paylaşmaq artıq ən geniş yayılmış dəblərdən biridir. Nə yazıq ki, belə fotoların bəzilərində ifrata, hətta axmaqlığa və tərbiyəsizliyə varılır.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanında 11 yaşlı oğlanın çəkdiyi və Facebook-da paylaşdığı foto böyük qalmaqal yaradıb.
Paytaxt Ər-Riyaddakı xəstəxanalardan birinin reanimasiya bölməsinin palatasında can verən babasının çarpayısının yanında duran bu uşaq keçinmiş babasının yanında dil çıxararaq fotoşəklini çəkib, sonra da Facebook-dakı akkauntunda "Əlvida, baba" yazısı ilə paylaşıb.
Foto yayılandan sonra qalmaqal yaradıb. Selfi şəkli əxlaqsızlıq, tərbiyəsizlik və mənəviyyatsızlıq kimi dəyərləndirilib.
Polis olayı araşdırmağa başlayıb.