"Canavar adam" sindromu ilə doğulan uşağı görənlər şoka düşdü - FOTOLAR

"Canavar adam" sindromu ilə doğulan uşağı görənlər şoka düşdü - FOTOLAR
DÜNYA
14:19 21.11.2022
308
Orta əsrlərdən bəri cəmi 50 nəfərdə görülən son dərəcə nadir sindromla doğulan 17 yaşlı Lalit Patidar bütün çətinliklərə baxmayaraq, həyatdaa necə qaldığından danışıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 6-7 yaşına qədər vəziyyətini dərk edə bilmədiyini deyən Lalit, "Küçədəkilər üstümə daş atardılar, bu nə olduğunu bilməyən balaca uşağa ən böyük haqsızlıqdır. Mən fərqliyəm. adi insanlardan bənzərsizəm. Çox vaxt fərqliliklərimiz bizim ən böyük gücümüzdür və mən özüm olmaqdan qürur duyuram." 

Hindistanın Madhya Pradesh bölgəsindəki Nandleta adlı kiçik bir kənddə yaşayan 17 yaşlı Lalit Patidar orta əsrlərdən bəri cəmi 50 nəfərdə müşahidə edilən son dərəcə nadir sindromla doğulub.

Hipertrikoz və ya 'KURD-Adam SİNDROMU' səbəbiylə bütün bədəni tüklərlə örtülmüş Patidar hazırda orta məktəbin son kursunda oxuyur. Fermer ailəsinin övladı olan gənc görünüşünə görə dəfələrlə zorakılığa məruz qalıb. Lakin onun xüsusi vəziyyəti onu incitməyib.
 
Yaşadığı hər şeyə baxmayaraq, həyata pozitiv baxdığını ifadə edən Lalit, yeni hədəfinin uğurlu Youtuber olmaq olduğunu ifadə edərək, arzularını insanlarla paylaşıb. Lalit "Ailəm deyir ki, həkim məni doğulanda qırxdırdı, amma 6-7 yaşıma kimi problemi hiss etmədim. Tanıdığım hər kəsdən fərqli olaraq, o zaman tükləri gördüm. Həkimlər buna 'hipertrikoz' dedilər. Məndə sindrom var. Nadir haldır və bildiyimə görə, dünyada cəmi əlli nəfərdə var. Uşaq olanda buna görə çox üzülmürdüm, amma ailəm çox narahat idi. Azyaşlı uşaqlar məni görəndə qorxurdular, daşlaşırdılar".

Qeyd edək ki, 17 yaşlı gənc onun xəstəliyinin müalicəsi olmadığını bilir və indi bununla yaşamağı öyrənib. Mübarizəsinin sonunda onu bənzərsiz edənin əslində xəstəliyi olduğunu izah edən Latit, "Bu xəstəliyin müalicəsi yoxdur. Bədənimdəki tüklər tük kimi uzanmağa davam edəcək. Əgər çox uzansalar Onları kəsin, başqa yolum yoxdur”.
 
Sözügedən gəncin fotolarını təqdim edirik:
 
Mikayıl
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR