Türkiyəli məşhur müğənni Candan Erçetin müğənnilikdən uzaqlaşaraq kənddə yaşamağa başlayıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Candan Erçetin Kırklarelinin Lüləburqaz mahalının Ayvalı kəndində 3 hektar ərazidə ferma qurub.
Təbiətlə iç-içə yaşayan məşhur müğənni fermasında iribuynuzlu heyvanlarla yanaşı 15-dən çox it, həmçinin pişik, toyuq, quzu, tovuzquşu, eşşək də saxlayır.
Ekoloji əkinçilik üsulları ilə tərəvəz yetişdirən Candan Erçetin hətta məhsullardan qış tədarükü görərək turşular da hazırlayır.
Aysel