Canəli Əkbərovla vida mərasimi keçirilib.
Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.
Onlar mərhumu alqış sədaları altında son mənzilə yola salıblar.
Qeyd edək ki, C.Əkbərov dünən axşam saatlarında vəfat edib.