ATV kanalında yayımlanan “Kimdir nömrə 1?” verilişində qalmaqal baş verib.
AZXEBER.COM xəbər verir ki, ATV kanalında yayımlanan "Kimdir nömrə 1?" musiqi yarışmasında aparıcı Cavid Gül və prodüser Tolik arasında mübahisə yaranıb. Əvvəlcə aparıcı, sonra isə prodüser canlı efiri tərk edib.
Münaqişəyə səbəb isə Tolikin Cavid Gülü maraqsız aparıcı adlandırması olub. Daha sonra hər iki məşhur yenidən studiyaya geri dönüblər.