Misirin televiziya kanalında yayımlanan verilişdə qonaq olan İmam Bedri və proqramın aparıcısı Riham Said arasında qalmaqal yaşanıb.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İmam Yusif Bedrinin aparıcıdan hicab taxmasını israrla tələb etməsi davaya səbəb olub.Aparıcı Riham Said bir müddət dalasdıqdan sonra işinə görə pul aldığını və onun dediyinin etməyəcəyini qəti surətdə bildirib. Əsəbləşib özündən çıxan aparıcı nəticədə studiyanı tərk edib.