Canlı yayımda ABŞ polisi jurnalistə atəş açdı

Canlı yayımda ABŞ polisi jurnalistə atəş açdı
DÜNYA
12:23 09.06.2025
325
Los-Ancelesdə keçirilən etiraz aksiyası zamanı polis Avstraliyanın "9news" kanalının müxbiri Loren Tomasiyə rezin güllə ilə atəş açıb.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, hadisə canlı yayımla görüntülənərkən, jurnalist və operator təhlükəsiz yerə çəkilib və yayım dayandırılıb.

Avstraliyalı Yaşıllar Partiyasından olan senator Sara Hanson-Yang Baş nazir Entoni Albaneseyə çağırış edərək, Tomasinin yaralanması məsələsini ABŞ prezidenti Trampla görüşündə qaldırmağı tələb edib. Senator bildirib: "Albanese Trampla ilk görüşünə hazırlaşarkən, ona deməlidir ki, jurnalistlərimizə atəş açmağı dayandırsın. Mətbuat azadlığı güclü və işlək demokratiyanın əsas prinsiplərindəndir”.

"Sky News"un məlumatına görə, Los-Anceles nümayişləri zamanı Böyük Britaniyanın fotoqrafı Nik Stern də rezin güllə ilə vurulub. Onun bud nahiyəsinə dəyən güllə qanaxmaya səbəb olub və Stern Long-Biç xəstəxanasına yerləşdirilib.

Hadisələr ABŞ-da ictimaiyyətin və beynəlxalq medianın ciddi narahatlığına səbəb olub və polis davranışı tənqid olunur.
OXŞAR XƏBƏRLƏR