Aytən Səfərovanın peyvəndlər haqda gündəm olan çıxışı - VİDEO

Aytən Səfərovanın peyvəndlər haqda gündəm olan çıxışı - VİDEO
SOSİAL
00:16 02.12.2023
1424
Xəbər verdiyimiz kimi, dövlət xəstəxanalarında uşaqlara vurulan peyvəndlərin Hindistandan gətirilməsi, tərkibinin keyfiyyətsiz olması barədə iddialar yayılıb.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı teleaparıcı, jurnalist Aytən Səfərovanın bir müddət öncə efirdə Hindistanda hazırlanan və ölkəmizə gətirilən vaksinlərlə bağl fikri yenidən geniş yayılıb: 

Aparıcı Ermənistanı silahlandıran Hindistandan vaksinin ölkəmizə alınıb-gətirilməsinə etiraz etmişdi: 

"Azərbaycanda uşaqlarımıza Hindistan və Belçika istehsalı vaksinlər vurdurulur. Belçika Avropadadır və Avropanın özündə vaksin məcburi deyil. Amma bizdə vaksin məcburidir. Mən Ermənistanı silahlandıran Hindistandan vaksin alıb öz övladıma vurdurmalıyam? İndi bəzi insanlar deyə bilər ki, həmin vaksinlər xaricdə də vurulur. Amma məsələ burasındadır ki, həmin xarici ölkələr Niderlanddakı zavodda Avropa standartlarına uyğun vaksinlərdən alıb istifadə edirlər. Azərbaycanda niyə alternativ yoxdur? Niyə bizdə məcbur vaksin siyasəti hökm sürür?”.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən peyvəndlərin Hindistandan gətirilməsinə də münasibət bildirilib:

"2014-cü ildən vaksin preparatları Azərbaycana UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq, ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.
 
OXŞAR XƏBƏRLƏR