Canlı yayımda Ərdoğanın halı pisləşdi - VİDEO

Canlı yayımda Ərdoğanın halı pisləşdi - VİDEO
DÜNYA
12:45 26.04.2023
281
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib.

AZXEBER.COM xəbər verir ki, "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib. Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.

"Dünən və bu gün gərgin təbliğat işləri var idi, mədəmə ciddi soyuq olub. Hətta bir müddət proqramı ləğv etsək, səhv başa düşüləcəkmi, deyə düşündüm. Dedim, artıq söz vermişik, gedərik. Təbii ki, bu gərgin işdə zaman-zaman belə hallarla rastlaşırıq. Sizdən və tamaşaçılarımızdan halallıq istəyirəm", - Ərdoğan deyib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, R.T.Ərdoğan proqramında dəyişiklik etməyəcək: "Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına əvvəldən planlaşdırılan kimi davam edəcək”.

Ayşən
OXŞAR XƏBƏRLƏR