Canlı yayımda gərgin anlar: Jurnalistlə keçmiş nazir arasında dava düşdü - VİDEO

Canlı yayımda gərgin anlar: Jurnalistlə keçmiş nazir arasında dava düşdü - VİDEO
DÜNYA
16:57 21.07.2023
305
Livanda xüsusi televiziya proqramında iştirak edən jurnalistlə keçmiş nazir arasında mübahisə davaya çevrilib.

AZXEBER.COM Habeglobal-a istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutda yerləşən "MTV” televiziyasında yayımlanan "Vaxtı gəldi” siyasi diskussiya proqramında Livanın yüksək səviyyəli jurnalistlərindən olan Simon Abu Fadel və keçmiş ətraf mühit naziri Viham Vahab qonaq qismində iştirak ediblər.

Canlı yayımlanan verilişdə əvvəlcə bir-biri ilə şifahi mübahisə edən Fadel və Vahab daha sonra moderatorun bütün müdaxilələrinə baxmayaraq bir-birini dinləməyərək təhqir etməyə başlayıblar.

Vahabın Fadelə qələm atmasından sonra mübahisə qısa zamanda davaya çevrilib. Daha sonra studiyadakı bəzi qonaqlar iki şəxsin davasına qarışıb.

Studiyadakı təhlükəsizlik qüvvələrinin müdaxiləsinə baxmayaraq səngiməyən dava televiziyadan kənarda da davam edib.

Studiyadakı davanın görüntüləri tezliklə Livan və ərəb dünyasında sosial şəbəkələrdə yayılıb.
 
Həmin videonu təqdim edirik:
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR