Britaniyada yaşayan ər-arvad sağlam olmaq və xəstələnməmək üçün öz sidiklərini içirlər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iki ildən bəri nikahda olan Beks Lonq və Con Dikson İTV telekanalındakı "This Morning" proqramına dəvət olunmuşdular.
Onlar studiyada, canlı yayımda öz urinoterapiya metodlarını nümayiş etdiriblər. Beks Lonqla Con Diksonun hər biri stəkan dolusu sidik içib.
"Öz sidiyimizi içirik və burada qəribə, murdar heç nə görmürük. Hər gün səhər yuxudan ayılandan sonra bir stəkanı içərək sağlamığımızı qoruyuruq.
Sidik içmək depressiya, bədbinliyin müalicəsində çox yaxşıdır. Üstəlik, görmə qabiliyyətinin normada qalmasına yardım edir. Bir stəkan sidik içmək bir stəkan qəhvə içməkdən heç nə ilə fərqlənmir", - Con Dikson deyib.
Beks Lonq isə bildirib ki, artıq 7 ildir hər gün bir və ya iki stəkan sidik içir.
"Sidiyimi içməklə düşüncə qabiliyyətimi daha da yaxşılaşdırır, özümü sağlam saxlayıram", - Lonq bildirib.
"Urinoterapiya" adlanan bu əcaib, psevdotibbi "müalicə"nin kökü Hindistandadır. Hindistanda belə başabəla "müalicə"yə tez-tez rast gəlmək olar.
Hindusların "müqəddəs" saydıqları inəklərin sidiyini içən qruplar və sektalar belə var.
"This Morning" səhər şousunun aparıcılarıHolli UilloubivəDermot O-Liristudiyada öz sidiklərini rahatlıqla, ləzzətlə, hətta dodaqlarını marçıldadaraq içən ərlə arvadı heyrətlə seyr ediblər.
Şou efirdə olarkən minlərlə, on minlərlə britaniyalı Twitter-də verilişdə sidik içilməsinə qəti etiraz ediblər: "Səhər saatlarında belə iyrənc mənzərəni seyr etmək ödümüzü ağzımıza gətirdi. ITV rəhbərliyindən tələb edirik ki, studiyaya belə insanları dəvət etməsinlər".




