Avstraliyanın Kvinslend əyalətində canlı yayımda olan cütlük ilan hücumuna məruz qalıb.
AZXEBER.COM xəbər verir ki, onların hər ikisi xəstəxanaya aparılıb.
Belə ki, adlarının Tony və Brook Harrison olduğu öyrənilən cütlük Brisbendən təxminən 20 kilometr aralıda yerləşən Loqana gediblər. İlanı yerindən çıxarmaq istəyərkən "Facebook”da canlı yayım açan cütlüyü dünyanın ikinci ən zəhərli ilanı kimi tanınan iki şərq qəhvəyi ilan dişləyib.
Cütlüyün vəziyyətinin ağır olduğu və xəstəxanaya yerləşdirildiyi öyrənilib. Digər tərəfdən, canlı yayımlanan video Facebook-dan silinib.
Ayşən