Canlı yayımda pankart açan aparıcının cəzası açıqlandı

Canlı yayımda pankart açan aparıcının cəzası açıqlandı
DÜNYA
11:53 05.10.2023
627
Ötən il Rusiya dövlət kanalında canlı yayımda pankart açaraq Ukrayna müharibəsinə etiraz edən jurnalist Marina Ovsyannikov qiyabi mühakimə olunduğu iş üzrə 8,5 il müddətinə azadlıqdan məhrum edilib. 

AZXEBER.COM xəbər verir ki, Ukrayna işğalının ilk günlərində Rusiya dövlət kanalında müharibə əleyhinə pankart açan jurnalist Marina Ovsyannikov məhkəməsində 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya dövlət televiziyasının 1-ci kanalında canlı yayımda müharibə əleyhinə pankart açaraq Rusiyanın Ukraynaya hücumlarına etiraz edən jurnalist Ovsyannikov saxlanıldıqdan sonra sərbəst buraxılıb. Ötən il Rusiyada qızı ilə birlikdə ev dustaqlığından qaçan 45 yaşlı jurnalist qiyabi mühakimə olunduğu işdə "Rusiya ordusu haqqında yalan məlumat yaymaq" ittihamı ilə həbs edilib.

Bundan başqa, Ovsyannikovun elektron mediada fəaliyyətinə 4 il müddətinə qadağa qoyulub.

Ona qarşı irəli sürülən ittihamları "cəfəngiyyat” kimi qiymətləndirən Ovsyannikov bu hərəkətin onun əlində olan yeganə mənəvi seçim olduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR