Canlı yayımda saçyoldu - VİDEO

DÜNYA
12:52 31.01.2014
2743
Misirdəki özəl telekanallardan birində biabırçı olay yaşanıb.
AZXEBER.COM.Az AHT-yə istinadən bildirir ki, səhər proqramındakı "Mətbəx sirləri" bölümünə qonaq olan qadınla teleaparıcı arasında mübahisə yaranıb.
Mübahisənin səbəbi isə teleaparıcının vegetarianlıqla bağlı danışığı olub.
Qonaq qismində çağırılmış qadın "Mən yağlı və ətdən bişirilmiş təamlara üstünlük vermirəm" deyəndə teleaparıcı rişxəndlə "Yalan danışırsan! Sənə baxan kimi bilinir ki, vegetarian deyilsən!" söyləyib.
Qonaq qadın pərt olub və studiyada belə dialoq yaşanıb:
- Sən yalan danışırsan!
- Belə deməyin, vallah, düz danışıram. Əzizim...
- Mənə "əzizim" demə. Yalan danışma. Uşaq deyiləm burada.
- Bir dəqiqə qulaq asın...
- Sənin nəyinə qulaq asacağam?!
- Xanım, yetər artıq. Yetər!
Bunu söyləyən qonaq qadın hirslənib.
Mübahisə az sonra davaya çevrilib.
Qonaq qadın "Buraya gəl, ləçər, saçlarını yolacağam" deyib və teleaparıcı studiyada qovaraq tutmağa çalışıb.
Sonucda o, teleaparıcını "yaxalayıb" və saçlarından yapışaraq yerə yıxıb.
OXŞAR XƏBƏRLƏR