Son günlər "Tiktok"erlərə qarşı xüsusi əməliyyat keçirilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Ötən gün yayılan xəbərə görə, "Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov da narkotik istifadəsinə görə, saxlanılıb. İddialara görə başqa şəxslər də saxlanılıb.
Daxili İşlər Nazirliyinin "tiktoker"lərə qarşı xüsusi əməliyyat keçirməsi ilə bağlı məlumatlara DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev cavab verib.
O AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı tezliklə ictimaiyyətə geniş açıqlama veriləcək.
Aydın Nuri