Canlı yayımda uşağa siqaret çəkdirən ata saxlanıldı

Canlı yayımda uşağa siqaret çəkdirən ata saxlanıldı
SOSİAL
11:44 02.04.2024
193
Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov APA-ya bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.

O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

OXŞAR XƏBƏRLƏR