Real TV-nin canlı yayımında Milli Məclisin deputatı Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də o verilişdən yarımçıq ayrılıb.
AZXEBER.COM deputatın səhhəti ilə maraqlanıb.
O efirdə təzyiqinin düşdüyünü, hazırda özünü yaxşı hiss etdiyini deyib:
"Bu gün efir zamanı halımın pisləşməsinə səbəb qan təziqimin aşağı düşməsi olub. Hazırda özümü yaxşı hiss edirəm. Diqqətiniz üçün minnətdaram”.
Həmin anları təqdim edirik: