Canlı yayımda “yenə zəlzələ olsun” duası edən qız məhkəmədə görün nə dedi

Canlı yayımda “yenə zəlzələ olsun” duası edən qız məhkəmədə görün nə dedi
DÜNYA
11:25 09.02.2023
943
Xəbər verdiymiz kimi, Türkiyədə "Tik-Tok”da paylaşdıqları video ilə böyük hiddətə səbəb olan gənc qızlar saxlanılıb. Ankarada çəkilən həmin görüntülərdə iki gənc qız Türkiyədə yenidən zəlzələ olmasını arzu ediblər.

"Allahım sən bu ölkəyə bir daha zəlzələ qismət et. Güclü zəlzələ olsun, buralar yerlə bir olsun”, - deyə gənc qızlar dua ediblər. Bu paylaşımdan sonra çoxsaylı insanlar şikayət edib. Şikayətin ardından Ankara polisi həmin qızları saxlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qız məhkəmədə özünü müdafiə etməyə çalışıb.

Növbətçi məhkəməyə ifadə verən N.Ç adlı qız gənc yaşda aldadıldığını və bəzi insanlara əsəbiləşdiyi üçün belə bir paylaşım etdiyini əsas gətirib:

"Paylaşım etdikdən sonra peşman oldum və sildim. Hətta bu hadisədən sonra zəlzələdən zərər çəkənlərə yardım da göndərdim, təəssüf edirəm”. 

Qeyd edək ki, məhkəmənin qərarı ilə qıza ev dustaqlığı verilib.

Aydın
OXŞAR XƏBƏRLƏR