"Rəngarəng" verilişinin canlı yayımında aparıcı Zaur Nəbioğlunun halı pisləşib.
AZXEBER.COM xəbər verir ki, o, studiyanı tərk edərək verilişin gedişatını dayandırıb.
Proqramın redaktoru Ümid Bəbirovun verdiyi məlumata görə özünü yaxşı hiss etməyən aparıcı üçün təcili tibbi yardım briqadası çağırılıb.
"Hazırda həkimlər gəlib, müdaxilə edirlər. İnşallah ki, hər şey yaxşı olar. Bu verilişi Zaursuz təsəvvür etmək mümkün deyil, onun üçün dua edin" deyə o bildirib.
Xatırladaq ki, aparıcı illər öncə böyrəyinin birini atasına verib.
Aysel