Canlı yayında biabırçılıq: 'kişi' kişi ilə evlənmək istədi - VİDEO

MARAQLI
12:23 04.12.2012
4261
Türkiyədəki "Ekin TV" telekanalındakı evlilik şousu "Selvihan Madenoğlu ilə dünya evi"ndə evlənmək istəyən bir kişi studiyada şok yaradıb.
Həmin kişi qadın yox, kişi ilə evlənmək fikrində olduğunu deyib.
"Studiyada Hatirat xanım mənimlə maraqlanır. O, bəyəndiyim namizədlərdən biridir. Amma mən qadın yox, kişi ilə ailə qurmaq istəyirəm", - 51 yaşlı Bülənd deyib.
O daha sonra bildirib ki, 10 milyon dollarlıq varidatı, Türkiyənin müxtəlif şəhərlərində onlarla villa və apartamenti, 8-10 avtomobili var.
Proqramın aparıcısı Selvihan Madenoğlu deyilənlərin zarafat olduğunu sayıb. Lakin Bülənd israr edərək: "Kişi istəyirəm, mənim adayım Haluk bəydir, onunda evlənmək istəyirəm!" - deyib.
Bülənd adlı şəxs daha sonra bildirib ki, Hollandiyada yaşayır və əvvəllər də "kişi ilə ailə həyatı yaşayıb".
Studiyadakılar uzun müddət şokda olublar.
Büləndin "evlənmək istədiyi", xəcalətindən və sinirindən qıpqırmızı qızarmış Haluk isə hirsini güclə boğaraq deyib: "Bura bax! Burası Türkiyədir və mən də əsl kişiyəm. Özünə bənzəyən birini tap!"
OXŞAR XƏBƏRLƏR