Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

İDMAN
14:17 19.11.2022
173
"Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb: "Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var".

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR