Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

İDMAN
19:30 17.11.2022
201
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək.

İtaliya əsilli isveçrəli funksioner qarşıdakı seçkilərdə bu vəzifəyə yeganə namizəddir. Seçkilərlə bağlı ərizələrin verilməsi üçün son tarix başa çatıb.

Seçkilər 2023-cü il martın 16-da FIFA-nın Ruandada baş tutacaq 73-cü Konqresində keçiriləcək.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən quruma rəhbərlik edir.
 

OXŞAR XƏBƏRLƏR