CAR-da təhlükəli ştama 100-ə yaxın yoluxma aşkarlandı

DÜNYA
18:57 28.11.2021
230
Cənubi Afrika Respublikasında yeni "omikron" ştamına 100-ə yaxın yoluxma halı aşkar edilib.

Ölkənin Qərbi Keyp əyalətinin Səhiyyə Nazirliyinin əməliyyat şöbəsinin rəhbəri Saadik Kariem bildirib.

Stellenboş Universitetinin tibbi virusologiya kafedrasının müdiri, professor Volfqanq Prayser isə deyib ki, yeni ştamın simptomları əvvəlkilərin simptomları ilə eynidir, lakin "omikron"la bağlı bir çox məsələlər hələ də öyrənilir.

OXŞAR XƏBƏRLƏR