Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinathi Emmanuel Mthethwa Parisdə yerləşən "Hyatt” otelinin 22-ci mərtəbəsindən yıxılaraq ölüb.
Bu barədə Fransa mediası məlumat yayıb.
Bildirilib ki, 58 yaşlı diplomatın intihar etdiyi güman edilir.
Paris prokurorluğu qeyd edib ki, Mthethwa otelin 22-ci mərtəbəsində otaq sifariş edib. Hadisədən bir gün əvvəl isə onun həyat yoldaşı diplomatı itkin düşmüş şəxs qismində polisə müraciət edib.
Prokurorluğun açıqlamasına görə, Mthethwa həyat yoldaşına həmin axşam saatlarında narahat mesaj göndərib.
\apa